Sosial şəbəkələrdə xoşagəlməz görüntülər... - MSK sədri
Sosial şəbəkələrdə əksini tapan xoşagəlməz görüntülərlə bağlı MSK nəzdində fəaliyyət göstərən Mətbuat Qrupu ilə MSK-nın birgə araşdırma aparmasına ehtiyac var.
Axar.az xəbər verir ki, bunu MSK-nın iclasında sədr Məzahir Pənahov bildirib.
“Bəzi namizədlər öz təşviqatını aparmaq əvəzinə xoşagəlməz səhnə yaratmaq istəyirlər. Əgər kimlərsə ümumi səhnələrlə seçkiyə kölgə salmaq istəyirlərsə, onlara tövsiyə edərdim ki, o yolu getməsinlər. Bizə konkret faktlar göstərmələrinin köməyi var. “Hər şey hər yerdə yaxşıdır və hər şey hər yerdə pisdir” prinsipi yanlış yanaşmadır. Bizim marağımız odur ki, hardasa nəsə çatışmazlıq varsa, onu bilək. Konkret məsələlərdə hansı işlərin görülməsinin lazım olduğunu bizə göstərənə “çox sağ olun” deyəcəyik”, - M.Pənahov deyib.
MSK sədri qurumun sosial şəbəkələrə diqqət yetirəcəyini bildirib:
“Amma bu o demək deyil ki, kimsə ətrafına çoxlu adamlar toplayıb, video çəkib, bunu Azərbaycan ictimaiyyətinin mövqeyi kimi təqdim edəcək və biz də bununla razılaşacağıq. Çatışmazlıqları sosial şəbəkələrdə obyektiv şəkildə göstərəcəklərsə, onlara minnətdar olacağıq. Məntəqələrdə veb-kameralar quraşdırıb müşahidə etdiyimiz mənzərələrə baxıb qiymət verəcəyik. Qanun tələb edir ki, biz məntəqələrdə baş verən hadisələrlə bağlı müraciətlər daxil olanda onları əvvəlcə DSK-ya göndərməliyik. Əgər onların qərarından razı qalmasalar, biz də öz tərəfimizdən qiymət verəcəyik”.
631 dəfə oxundu