Milli Şura mitinqini təxirə saldı

Milli Şura mitinqini təxirə saldı

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mitinqlə bağlı cavab məktubunu müzakirə edib.

Bu barədə "Report"a qurumun Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, bu gün Milli Şuranın Koordinasiya Şurasını toplantısı olub və növbəti mitinqin mayın 16-da keçirilməsi məqsədəuyğun sayılmayıb.

O.Gülalıyev bildirib ki, icra hakimiyyətinin cavabı qanunvericiliyə zidd olduğuna görə məhkəməyə müraciət edəcəklər: "Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-ə təyin etdiyi mitinqə razılıq vermədiyi üçün məhkəməyə verilib. Onların mayın 17-ə təyin etdiyimiz aksiyaya razılıq vermədiklərinə görə də məhkəməyə müraciət edəcəyik".

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul”) 16 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək keçirilməsinə razılıq verib.

Milli Şura isə mitinqi mayın 17-də keçirməyi planlaşdırırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...