“Turan dəhlizi” İrana daxil olmaq üçün bir təxribatdır" - İranlı ekspertdən sərsəm iddia

“Turan dəhlizi” İrana daxil olmaq üçün bir təxribatdır" -
“Dünənə qədər Qarabağ məsələsi geosiyasi fitnə yaratmaq üçün bir pərdə rolunu oynayırdısa, bu gün “Turan dəhlizi” İrana daxil olmaq üçün bir təxribat planıdır”.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, bu sözləri İranın kəskin anti-Azərbaycan mövqeyi ilə seçilən siyasi şərhçisi Əhməd Kazemi Qafqazda baş verən yeni proseslərin təhlilinə həsr olunmuş toplantıda deyib.

O iddia edib ki, “Biz bölgədə mürəkkəb geosiyasi intriqa ilə qarşı-qarşıyayıq. Bu fitnəni nə qədər sadələşdirsək və Türkiyənin Kipr və İsgəndərun limanındakı hadisədən sonra peşman olduğunu desək də, bu, doğru deyil”.

Kazeminin sözlərinə görə, İranda son dərəcə mütəşəkkil idarə olunan bir siyasi dairə bölgədəki prosesləri bizim üçün sadələşdirməyə, seçim etməyə və ya bir hissəsini kəsməyə çalışır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...