Ərdoğan: Putin əsirlərdən birinin adı üzərində xüsusi durmuşdu

Ərdoğan: Putin əsirlərdən birinin adı üzərində xüsusi durmuşdu
Rusiya-Ukrayna müharibəsində Türkiyə üçün prioritet “taxıl dəhlizi” məsələsi və əsir mübadiləsi idi.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, dəhliz vasitəsilə artıq 4 milyon tondan çox taxıl daşınıb.

“Təbii ki, hazırda mühüm addımlarımızdan biri Rusiyadan gələcək taxıldır. Ən vacibi gübrə transferi məsələsidir. Biz buna başlayan kimi onları yoxsul ölkələrə göndərəcəyik”, - Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, əsir mübadiləsində 200 ad ətrafında qərar verilib: “Bu 200 nəfər bizdədir. Bunlar bizim qonaqlarımızdır, Putin onlardan birinin adı üzərində (Viktor Medvedçuk) xüsusi durmuşdu. Onu artıq Rusiyaya göndərdik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...