Ukraynanın İrandakı səfiri XİN-ə çağırıldı

Ukraynanın İrandakı səfiri XİN-ə çağırıldı
İran Xarici İşlər Nazirliyi Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın açıqlamaları ilə əlaqədar bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkilini çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edilir ki, Kiyevin İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücumda iştirakını faktiki olaraq etiraf edən Podolyakın bəyanatına aydınlıq gətirməsi xahiş olunub.

Xatırladaq ki, ötən gün Podolyak öz tvitində bir daha İranı Ukraynadakı döyüş bölgələrini PUA-larla təchiz etməkdə günahlandırıb və İrana hücumları nəzərdə tutaraq, “Biz Tehranı xəbərdar etmişdi” deyə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...