Əcnəbilərin ölkəyə hansı yolla daxil olduğu niyə açıqlanmır? – Rəsmi cavab
Dövlət Statistika Komitəsi əcnəbilərin ölkəyə hansı yolla daxil olduğunu açıqlamamasına aydınlıq gətirib.
Komitədən Yeniavaz.com-a bildirilib ki, hazırda ölkəmizə quru yolla gələnlərin tam əksəriyyətini qeyri-turizm məqsədilə gələnlər (idxal olunan yükləri daşıyan avtomobillərin sürücüləri, yükləri müşayiət edən şəxslər və s.) təşkil edir və turizm statistikası üçün xarakterik olmadığından (pandemiyadan əvvəlki illərdə quru yolla turizm məqsədilə gələnlərin sayı çox olduğuna görə turizm statistikası üçün əhəmiyyət kəsb edirdi) həmin məlumatlar “Turizmin mövcud vəziyyəti haqqında” press-relizdə verilməyib:
“Buna baxmayaraq, qeyd olunan göstəricilər əvvəlki illərdə olduğu kimi, 2022-ci ilin yekunu üzrə də, turizm kontekstində deyil, sadəcə məlumat üçün “Azərbaycanda turizm” məcmuəsində dərc ediləcək.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2022-ci ildə ölkəmizə quru yolla gələnlərin sayı 536,1 min nəfər olub”.
Qeyd edək ki, ötən ilin avqust ayından başlayarq Dövlət Statistika Komitəsi əcnəbilərin ölkəyə hansı yolla daxil olduğunu açıqlamır. Bu, Yeniavaz.com saytının ötən ilin iyun ayında bu barədə xəbər yayımladığı dövrə təsadüf edir.
649 dəfə oxundu