Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağladı

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağladı

Qazaxıstan hakimiyyəti ölkənin Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb.

Qaynarinfo xəbər verir ki, "Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin bəzi məsələləri haqqında” respublika hökumətinin müvafiq qərarı dərc olunub.

Ticarət nümayəndəliyinin ləğvi haqqında qərar imzalandığı gündən qüvvəyə minir.

Fevralın əvvəlində ölkənin Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti bildirmişdi ki, ticarət missiyasının ləğvi barədə qərar dövlət orqanları ilə qarşılıqlı əlaqələrin yüksək səviyyəsi nəzərə alınmaqla, dövlət orqanlarının işinin optimallaşdırılması prosesi çərçivəsində qəbul edilib. Rusiya Federasiyasında nümayəndəliyin bağlanması onunla bağlıdır ki, hazırda Qazaxıstan biznesinin Rusiya istiqamətində işləməsi və bütün əməliyyat məsələlərinin həlli üçün bütün institusional şərait yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...