Çingiz Əsgərov: “Ali Məhkəmənin sədri olmaq istəyimlə bağlı…”

Çingiz Əsgərov: “Ali Məhkəmənin sədri olmaq istəyimlə bağlı…”
“Hazırda Ali Məhkəmə sədrinin səlahiyyətlərini mən icra edirəm. Ali Məhkəmənin gələcək sədri kim olacaq, onu yalnız cənab Prezident bilir”.

Bunu Gununsesi.info-ya özəl açıqlamasında Ali Məhkəmə sədrinin səlahiyyətlərini icra edən Çingiz Əsgərov bildirib.

Özünün bu posta gətiriləcəyinə dair xəbərlərə münasibət bildirən Çingiz Əsgərov bunları deyib: “Mənim, yaxud başqa şəxsin Ali Məhkəmə sədri olmaq istəyi bizdən asılı deyil. Ali Məhkəmənin sədri cənab Prezident tərəfindən müəyyən olunacaq. Kim olacaqsa, onu da biləcəyik”.

Qeyd edək ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev yaş həddi ilə əlaqədər olaraq öz postundan gedib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...