Xankəndindəki separatçılar arasında dava düşdü – “Səhiyyə naziri” istefa verdi
Xankəndində Rusiya tərəfindən idarə olunan oyuncaq separatçı rejimin rəhbərliyi arasnda qalmaqal yaranıb.
Hurriyyet.az xəbər verir ki, separatşıların “səhiyyə naziri” Samvel Avetisyan rejimin rəhbəri Arayik Arutyunyana etiraz edərək “istefa ərizəsi” yazıb.
Samvel Avetisyan yaydığı bəyanatda bildirib ki, tutduğu “vəzifədən” getməsinin birbaşa və yeganə səbəbi səhiyyə sisteminə “rəhbərliyin” ona xəbərdarlıq edilmədən başqasına təklif olunmasıdır. O “vəzifəsinin” kimə təklif edildiyini açıqlamayıb.
Qeyd edək ki, bu hadisə son günlər Xankədindəki hərbi xuntanın rəhbərliyində baş verən gərginliyin növbəti təzahürüdür. “Dövlət naziri” R.Vardanyan istefaya göndərildikdən sonra A.Arutyuna qarşı etirazlar artır.
Dünən erməni mediası belə bir xəbər də yayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Arutyunyanı yanına çağıraraq Azərbaycana inteqrasiya etməkdən başqa yollarının qalmadığını deyib. Xunta rəhbəri bu tələbi digər separatçılarla bölüşdükdən sonra toplatıda ciddi qarşıdurma yaranıb.
437 dəfə oxundu