Ümid qəsəbəsində səyyar qəbul

Ümid qəsəbəsində səyyar qəbul

14 mart 2023-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
   Qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir. 
   Sakinlərdən 14 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
   Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.
Ümid qəsəbəsində səyyar qəbul
Ümid qəsəbəsində səyyar qəbul



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...