Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyi qeyd edilib

 Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyi qeyd edilib
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilmışdır. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Vüqar İskəndərov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi üzərinə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad etmişlər.
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. Qeyd edilmişdir ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olmuşdur. Zərifə xanım Əliyevanın həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazandığı qeyd olunaraq onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası olması yazıldığı vurğulanmışdır.
Millət vəkili Vüqar İskəndərov Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışaraq onun ölkəmizdə ictimai xadim kimi böyük nüfuz qazanması ilə yanaşı çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi fəaliyyətdən söz açmışdır. Millət vəkili qeyd etmişdir ki, Zərifə xanım Əliyeva xalqına xeyirxahlıqla xidmət edən, hümanist və ictimai xadim kimi xalqımızın yaddaşında hər zaman qalacaqdır.
Çıxış edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov bildirmişdir ki, Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyəti vardır. Qeyd etmişdir ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunmuşdur.
Daha sonra Vətən müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva, Saray qəsəbəsi 3 saylı tam orta məktəbin direktoru Təyyubə Hüseynova çıxış edərək Zərifə xanım Əliyevanın sədaqətli həyat yoldaşı, qayğıkeş ana, gözəl tibb xadimi olduğunu vurğulamışlar. Çıxışçılar Zərifə xanım Əliyevanın həyat və fəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açmışlar.
Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bıdii hissə təqdim olunmuşdur.
 Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyi qeyd edilib
 Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyi qeyd edilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...