Qabil Hüseynli İlyas İsmayılova "rus agenti" dedi - sərt cavab gəldi

Qabil Hüseynli İlyas İsmayılova "rus agenti" dedi -
Bizim qədərimizə həm də bu ölkənin ictimai-siyasi mühitinin ən alçaq və yaramaz, şəxsiyyətcə ən naqis və murdar adamlarıyla daim savaş halında, konfliktdə olmaq, tutaşmaq yazılıb. Ha yayınmaq, belə üfunətli zir-zibil yığınından uzaq durmaq istəsək də, elə bil, kimsə, hansısa bir qüvvə axtarıb, arayıb onları məhz bizim önümüzə itələyir, belələrinin axmaq kəllələrinin məhz bizim sözümüzün ayaqları altında əzilməsini, tapdanmasını, xıncım-xıncım edilməsini istəyir! Ya da elə özləri hərlənib-fırlanıb, gəlib, sonda bizi tapırlar!

Tribunainfo.az zəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü politoloq Qabil Hüseynlinin LAF.TV-yə müsahibəsində Ədalət Partiyasının Rusiyadan pul alması ilə bağlı dediklərinə münasibət bildirərkən deyib. E.Şükürlü qeyd edib:

“Əksəriyyətinizin çox yaxşı tanıdığınız, Azərbaycanın ictimai-siyasi həyatında quru keçi kəlləsi qədər də dəyəri, əhəmiyyəti olmayan Qabil Hüseynli adlı 70 yaşlı saxtakar, demensiya xəstəliyindən əziyyət çəkən o sarsaq başını gətirib bu dəfə bizim Ədalət Partiyasının dəmir dəyənəyinə sürtməyə çalışıb!

Rusiya-Ukrayna savaşı başlayandan sonra proseslərin gedişiylə bağlı səsləndirdiyimiz fikirlərlə razılaşmayan bir-iki dəyyusun müxtəlif internet televiziyalarında partiyamızın ünvanına səsləndirdiyi iftiranı növbəti dəfə də bu sarsaq “professor” hıqqana-hıqqana, təngənəfəs halda LAF TV-də təkrarlayaraq, iddia edib ki, guya, Ədalət Partiyası Rusiyadan pul alır, bu pulun qarşılığında Rusiyanı təbliğ edir, Rusiyanın hərbi kəşfiyyatına bağlıdır! Üstəlik, partiyamızın sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ünvanına da açıq-aşkar, həyasızcasına təhqiramiz və aşağılayıcı ifadələr işlədib!

Əlbəttə, deyə bilərsiniz ki, böhtan atıbsa, təhiq edibsə, məhkəməyə verin, hüquqi yolla cəzalandırın! Ancaq problem bundadır ki, bu sarsaq qoca özünü axmaqlığa, dəliliyə, gicbəsərliyə vurub. Dəlilərsə hüquqi məsuliyyət daşımırlar! İndi biz bunu məhkəməyə versək, gərək, onu əvvəlcə dəlilik testindən keçirək və sonra da oturub, aylarla onun nəticəsini gözləyək!

Tanışları, yaxınları açıqca deyir və bizdən xahiş edirlər
ki, onun çıxışlarına əhəmiyyət verməyək. Hətta televiziya sahiblərini də söyüb qınayırlar ki, bunun ciddi ağıl çatışmazlığı olduğunu bilə-bilə efirlərə çıxarırlar. Açığı, o narahatlıqları da var ki, bir gün elə efirdəcə ürəyi partlayıb, öləcək!

Biz də özünü ona yaxın sayanların xahişlərini nəzərə alır, Qabil Hüseynlini məhkəməyə vermirik, ancaq gənc nəslə indi özünü “Heydər Əliyevin səmimi dostu”, hansısa proselərin “əhəmiyyətli fiqur”u kimi təqdim edərək, “ülvi xatirələr” uyduran bu 70 yaşlı saxtakarın silinməz tərcümeyi-halından iki mühüm epizodu mütləq xatırlatmağı özümüzə borc bilirik”

E.Şükürlü Qabil Hüseynlini sarsaq qoca adlandırıb:

“Qabil Hüseynli, sən heç vaxt rəhmətlik Heydər Əliyevin dostu olmamısan və dövlət müşaviri vəzifəsindən də könüllü istefa verməmisən, əksinə, idarəetmə ustası Heydər Əliyevin idarəçilik təcrübəsində rəsmi sərəncamına “siyasi riyakar” ifadəsi yazdıraraq, işdən rüsvayçılıqla qovduğu yeganə məmursan!

– Sən öz tərcümeyi-halında bir-birinə zidd, bir-birinin əleyhinə çalışmış 4 siyasi partiyaya rəsmi mənsubluğu utanmadan sadalayan, 4 müxtəlif dünyagörüşlü şəxsi özünə lider bilən və dördünü də sonda satan, dördünün də özü və ailə üzvləri haqqında artıq-əskik danışan, birindən digərinə çuğulluq edən yeganə siyasi buqələmunsan!

Sənin bütün siyasi fəaliyyətin ərindən küsərək pozğunluq edən və bu pozğunluğunu da keçmiş ərinin hansısa diqqətsizliyi ilə əsaslandıran küçə qadınının davranışlarından heç nəyi ilə fərqlənmir – eynisisən, bənzərisən!

Alnına “siyasi riyakar” damğası yapışdırlan və öz tərcümeyi-halında siyasi əxlaqsızlığını etiraf edən birisi o murdar ağzıyla Ədalət Partiyasına ləkə yaxa, iftira ata və bu böhtanlarına da cəmiyyəti inandıra bilməz!

Az özünü ora-bura dürt, sənin istismar müddətin bitib! Bunu anla və get, nəvələrinlə oyna, Sarsaq Qoca!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...