Nazirlik və Bakı İH “Sədərək” Ticarət Mərkəzini məhkəməyə verdi

Nazirlik və Bakı İH “Sədərək” Ticarət Mərkəzini məhkəməyə verdi
“Sədərək” Firması ilə bağlı məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, “Sədərək”lə bağlı iddianı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qaldırıb. Prosesdə maraqlı tərəf kimi Bakı Şəhər İcra Hakimiyyəti də iştirak edir. İşin mahiyyəti müqavilələrin bağlanmasıdır.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 22 oktyabr tarixində hakim Raqib Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, “Sədərək” Ticarət Mərkəzi 22 noyabr 1995-ci ildə “Sədərək” Firması kimi qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 AZN olan firmanın qanuni təmsilçisi Qədimbəyli Yunis Qafar oğludur. Yunis Qədimbəyli “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşıdır. Yusif Qədimbəylinin adı mətbuatda həm keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla, həm də Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə yanaşı çəkilir. 2019-cu ildə Yusif Qədimbəylinin bir il ərzində ölkədən 1.5 milyon dollar pul çıxardığı barədə məlumatlar da yayılmışdı.

Yazıda adı çəkilən tərəfləri dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...