Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO

Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər -
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını və Milli prokurorluq
orqanlarının yaradılmasının 106-cı ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq
mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov,
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev və
rayon prokurorluğunun əməkdaşları ilə birlikdə Mərkəzi Meydanda Ulu öndər Heydər
Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun abidəsinin önünə gül dəstələri
düzüblər.
Sonra tədbir rayon prokurorluğunun inzibati binasında davam etdirilib.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq
prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Ümummilli lider Heydər
Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma ölkəmizin tərəqqisi və yüksəlişi,
dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin
edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində onlara şərəfli
fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun
fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş
hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə
özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının
konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması
yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq
islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.
Rayon rəhbəri bildirib ki, dörd il bundan öncə 30 il işğal altında olan torpaqlarımızın
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
müdrik rəhbərliyi, rəşadətli ordumuzun igidliyi ilə düşmən işğalından azad edilib, 2023-
cü il sentyabrın 19-da başlayan və 24 saatdan da az davam edən lokal xarakterli
antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində isə Azərbaycan
öz suverenliyini bərpa edib.
2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun
aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa
edildiyini nəzərə alaraq respublika prezidenti cənab İlham Əliyev hər il sentyabrın 20-
sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi ilə
bağlı,18 sentyabr 2024-cü il tarixdə isə “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb. İndi biz həmin şəhərlərin işğalı gününü
deyil,şəhər günlərini qeyd edirik.
Sonra rayon prokuroru Əli Qurbanov peşə bayramı münasibəti ilə bütün əməkdaşları
təbrik edib, Azərbaycan prokurorluğunun yaranma tarixindən, onun keçdiyi şərəfli
yoldan söhbət açıb. O, bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin hər il oktyabr ayının 1-
nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd
edilməsinə dair imzaladığı 1998-ci il 17 iyul tarixli Sərəncamı bu əlamətdar tarixi
əbədiləşdirməklə, reallığı bərpa edib və prokurorluğun demokratik, hüquqi cəmiyyətdə
statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirərək, Azərbaycan
Respublikasının Baş Prokuroru Kamran Əliyevin təbrikini kollektivə çatdırıb.
Sonra Tərtər Hərbi prokuroru Emin Vəliyev, Rayon Polis şöbəsinin rəisi Elçin Qasımov,
Tərtər rayon Məhkəməsinin sədri Tahir Qubadov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar
Quliyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Memarlıq
və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev çıxış edərək prokurorluq
əməkdaşlarını təbrik ediblər.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup prokurorluq orqanı əməkdaşına rayon
icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edilib.


Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər -
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər -
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...