Avropada da mənzillər bahalaşır — Ən çox qiymət artımı olan ölkələr

Avropada da mənzillər bahalaşır —
Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlara əsasən, 2024-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində mənzil qiymətləri əvvəlki rüblə müqayisədə 1,9 faiz, 2024-cü ilin ikinci rübünə nisbətən 2,9 faiz artıb.
Aİ ölkələri arasında rüblük müqayisədə daha yüksək qiymət artımı Xorvatiyada (4,3 faiz), Portuqaliyada (3,9 faiz), İspaniyada (3,6 faiz), Bolqarıstanda (3,4 faiz), İtaliyada (3,2 faiz) artıb. Danimarka və Slovakiyanın hər birində qiymətlər 3 faiz yüksəlib.
Əvvəlki rüblə müqayisədə Macarıstanda ev qiymətləri dəyişməz qalıb, Fransa və Belçikada 0,2 faiz azalıb.
Birillik müqayisədə daha yüksək qiymət artımı Polşada (17,7 faiz), Bolqarıstanda (15,1 faiz), Litvada (10,4 faiz), Xorvatiyada (10 faiz), Macarıstan (9,8 faiz) və İrlandiyada (7,9 faiz) qeydə alınıb. / Sfera.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...