MİT TUSAŞ şəhidlərinin qisasını belə aldı – Anbaan video

MİT TUSAŞ şəhidlərinin qisasını belə aldı –
Xəbər verdiyimiz kimi, ötən gün “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib. Terror aktı nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.

Yeniavaz.com "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) şəhidlərin qanını yerdə qoymayıb.

Belə ki, MİT-in yaydığı açıqlamada Suriya və İraqın şimalında terror təşkilatı PKK/YPG-yə aid bir çox məntəqənin hədəfə alındığı bildirilib.
Əməliyyatda Suriya və Şimali İraqda terror təşkilatına aid strateji nöqtələr hədəf alınıb.

Qeyd edilib ki, PKK/YPG-nin kəşfiyyat, enerji, infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox hədəfi məhv edilib.
“Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı PKK/YPG-yə qarşı planlaşdırılan hədəfə çatana qədər əməliyyatlarını fasiləsiz olaraq davam etdirəcək”, - deyə məlumatda bildirilib.

Əməliyyatın görüntülərini təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
86 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...