Gözətçi sərxoş halda banka girdi ... - 200 manat cərimələndi

Gözətçi sərxoş halda banka girdi ... -
Nefçala rayonunda içkili halda kredit almağa gedən şəxs bank işçisini söydüyü üçün saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1975-ci il təvəllüdlü, Neftçala şəhər N.Gəncəvi adına 3 saylı tam orta məktəbdə gözətçi işləyən V.B. içkili halda banka kredit almağa gedib.

Ona "Kapital Bank"da kredit verilmədiyindən uca səslə ünvansız nalayiq söyüşlər söyüb. Polis tərəfindən saxlanıraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə V.B. sərxoş olaraq etidiyi hərəkətlərdən xəbəri olmadığını deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs müvafiq maddəyə əsasən təqsirli bilinib və 200 manat cərimə edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...