Cəfər Cəfərov İT şirkətinə ADPU-da qazanxana qurdurur -

Cəfər Cəfərov İT şirkətinə ADPU-da qazanxana qurdurur -
Azərbaycan Dövlət Pedaqoji Univeristeti (ADPU) yayda görəcəyi işləri qışa saxlayıb. Tribunainfo.az xəbər verir ki, söhbət universitet üçün istilik qazanxanasının quraşdırılmasından gedir.

Belə ki, qış artıq bitmək üzrədir və ali təhsil ocağının indi yadına düşüb ki, bəs, qazanxana qurmaq lazımdır. Ona görə də, tender elan edib və dünən nəticələrini açıqlayıb.

Məlum olub ki, ADPU rəhbərliyi maşın və avadanlıqların satınalınması məqsədi ilə “AE UNION” MMC ilə 403.108,06 manatlıq satınalma müqaviləsi imzalayıb.

Bildirək ki, AE Union MMC 2015-ci ildə yaradılıb. Şirkət rəsmi saytında qeyd edib ki, Azərbaycanda aparıcı İT şirkətlərindən biridir. Şirkət Mehbalı Zeynalabdıyev küçəsi 8 ünvanında fəaliyyət göstərir. Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Anar Zakir oğlu Ağayevdir.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru isə Cəfər Cəfərovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...