“Cavid Qurbanov bu insanı tanımır” - RƏSMİ AÇIQLAMA

“Cavid Qurbanov bu insanı tanımır” -


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bəyanat yayıb. Bəyanatda sədr Cavid Qurbanovun DSMF-in sabiq əməkdaşı Qalib Bayramovun atası Əli Bayramovla heç bir münasibəti olmadığı deyilir.

QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Teleqraf.com-a bildirib ki, Bayramov Qalib Əli oğlunun Azərbaycan Respublikasının CM-nin 178.3.2, 308,1, 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 150506002 №-li cinayət işi 02 iyul 2015-ci il tarixdən istintaq olunmuş və 30 iyun 2016-cı il tarixində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib: “İstintaq zamanı DSMF-in Kəlbəcər rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləyərkən Kəlbəcər rayon sakinləri Gülnaz Mamedovanın 200.0 manat məbləğində, Hidayət Həsənovun 3900.0 manat məbləğində, Baloğlan Musayevin 1000.0 manat məbləğində, Nəcəf Əliyevin 5700.0 manat məbləğində, Şavaqat Həsənovun 3559.37 manat məbləğində, Dadaş Yolçuyevin 5000.0 manat məbləğində, Şahbaz Mamedovun 3300.0 manat məbləğində, Süsənbər Mamedovanın 5520.0 manat məbləğində, Eldəniz Mamedovun 6000.0 manat məbləğində, Səadət Xəlilzadənin 6300.0 manat məbləğində, Qaçay İsmayılovun 5500.0 manat məbləğində, İradə Rəcəbovanın 10500.0 manat məbləğində, Ədalət Rəhimovun 3000.0 manat məbləğində, Səlminaz Qurbanovanın 650.0 manat məbləğində, Ülkər Musayevanın 5500.0 manat məbləğində, Dilqəm Ağayevin 7400.0 manat məbləğində, Vüqar Rəhimovun 3000.0 manat məbləğində, Cavanşir Məmmədovun 2600.0 manat məbləğində, Azər Rzayevin 3000.0 manat məbləğində, Rauf Nəbiyevin 2300.0 manat məbləğində, Sənəm Alışanovanın 2000.0 manat məbləğində, Rasim İskəndərovun 400.0 manat məbləğində, Hidayət Cəfərovun 3250.0 manat məbləğində, Səfurə Qasımovanın 2100.0 manat məbləğində, Eldar Ağayevin 3000.0 manat mələğində, Kubra Xıdırovanın 3200.0 manat məbləğində, İlham Əliyevin 3500.0 manat məbləğində olmaqla, vətəndaşların ümumilikdə 101379.37 manat məbləğində pul vəsaitini ələ keçirib. 14 iyun-da Qalib Əli oğlu Bayramova Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1, 311.3.1 və 311.3.2-ci madələri ilə yenidən ittiham elan edilmiş və barəsində həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs qəti-imkan tədbiri seçilib”.

İyunun 30-da cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhəməsinə göndərilib. Kəlbəcər rayonundan məcburi köçkün olan Kəlbəcər rayonu DSMF-in sabiq əməkdaşı Qalib Bayramovun atası Əli Bayramovun bəzi KİV-lərdə millət vəkili Cavid Qurbanov haqqında yaydığı fikirlərin heç bir əsası yoxdur. Əli Bayramov kimiləri bilməlidirlər ki, Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtana görə, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaya görə məsuliyyət müəyyən edilib. Əli Bayramov kimilərinin bu xarakterli məlumatlarını araşdırmadan yayan Kütləvi İnformasiya Vasitələrinin məsuliyyəti daha böyükdür.

Mülki Məcəllənin 23-cü maddəsinin müvafiq bəndlərinə görə, Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Son olaraq bir daha bildiririk ki, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov onun haqqında böhtan yayan Kəlbəcər rayonundan məcburi köçkün olan Kəlbəcər rayonu DSMF-in sabiq əməkdaşı Qalib Bayramovun atası Əli Bayramovla heç bir qərəzi yoxdur və ümumiyyətlə bu insanı tanımır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...