Səfirliklərimizdə turizm üzrə nümayəndələr təyin olunacaq

Səfirliklərimizdə turizm üzrə nümayəndələr təyin olunacaq


Turist axını ilə bağlı prioritet sayılan ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentinə təqdim etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...