AZAL "Samsung Galaxy Note 7" smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edib

AZAL "Samsung Galaxy Note 7" smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edib


Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərdən uçuş zamanı "Samsung Galaxy Note 7" smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır. Məhdudiyyətlər "Samsung Galaxy Note 7" smartfonlarının alışması halları ilə əlaqədar olaraq geri çağırılması barədə "Samsung" şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

"Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...