Türk həyat yoldaşı azərbaycanlı qadının həyatını qurtardı

Türk həyat yoldaşı azərbaycanlı qadının həyatını qurtardı

Hepatit B xəsəliyinə yoluxan azərbaycanlı Könül Paksoy türk həyat yoldaşının sayəsində ölümdən qurtarıb. Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə vətəndaşı 47 yaşlı Aydın Paksoyla ailə quran 34 yaşlı qadın bu virusa 4 il öncə dişini düzəltdirərkən yoluxub.

Azərbaycana işləmək üçün gələn türk iş adamı Könül xanımla 4 il öncə evlənib. Cütlük Hepatit B xəstəliyi ilə bağlı məlumat alanda K.Paksoy hamilə olduğundan körpənin doğulmasını gözləyiblər. Lakin körpə ölü doğulub və Paksoy ailəsi analizlər vermək üçün Bakıya qayıtmağa qərar verib. Bu zaman K.Paksoyun yenidən hamilə olduğu ortaya çıxıb. İkinci uşaq 8 aylıq doğulsa da, tam sağlam olub. Bundan sonra ailəyə Türkiyədə analiz verərək müalicəyə başlamağı məsləhət görüblər. Lakin K.Paksoyun vəziyyəti ağırlaşdığından, yeganə çıxış yolu orqan nəqli olub.

Həyat yoldaşı A.Paksoyun tibbi sığortası olduğundan, K.Paksoya İzmirdə qaraciyər nəqli həyata keçirilib.

“Azərbaycanda icbari tibbi sığorta sistemi yoxdur və orqan nəqli ən azı 150 min TL-yə başa gələrdi. Analiz verdim və mənim qaraciyərim ona uyğun gəldi. Çox xoşbəxtəm, çünki həm həyat yoldaşım xilas oldu, həm də körpə qızım anasız qalmadı”, - A.Paksoy deyib.

Mənbə bildirir ki, hazırda həm uşaq, həm də valideynləri özlərini yaxşı hiss edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...