"Ev tapşırığı olmayacaq" - Təhsil Nazirliyi

"Ev tapşırığı olmayacaq" -


Məktəbəhazırlıq qruplarında ev tapşırığı olmayacaq. Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.

Məktəbəhazırlıq qrupları Respublikanın bütün şəhər və rayonlarında təşkil olunacaq. Məktəbəhazırlıq qruplarında ibtidai sinif müəllimi ixtisaslı, müəyyən iş təcrübəsinə malik müəllimlər dərs deyəcək. Dərslər həftədə 4 gün (12 saat) olmaqla, gün ərzində 3 məşğələ keçiləcək. Bir məşğələ üçün 30 dəqiqə vaxt ayrılır. Məşğələlərarası fasilə isə 10 dəqiqədir. Məktəbəhazırlıq qruplarına car ildə 5 yaşı tamam olmuş uşaqlar qəbul olunur. Qruplarda tədris ödənişli deyil, dövlət hesabınadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...