Erməni silahlı bölmələri atəşkəs rejimini 31 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 31 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Vazaşen və Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və Fərəhli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...