Dövlət qulluğuna imtahanlar niyə keçirilmir?

Dövlət qulluğuna imtahanlar niyə keçirilmir?


Dövlət Qulluğuna imtahanlar 2017-ci ilin yanvarından etibarən gerçəkləşdiriləcək. Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Qurumdan imtahanların ertələnməsinin səbəbi də açıqlanıb: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilməsi və səlahiyyətlərinin Dövlət İmtahan Mərkəzinə verilməsi səbəbindən yeni qurum yanvar ayında fəaliyyətə başlayacaq. Dövlət Qulluğuna imtahanlar da 2017-ci ilin yanvarından etibarən gerçəkləşdiriləcək”.

Qeyd edək ki, artıq 3 aydır dövlət qulluğuna hazırlaşanların maraqla gözlədiyi imtahanların keçirilməsində fasilə yaranıb. Qanuna edilmiş əlavə və dəyişikliyə əsasən, imtahanlar ayda bir dəfədən az olmayaraq keçirilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...