Akif Çovdarovun yeni vəkili o oldu

Akif Çovdarovun yeni vəkili o oldu


Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Məhkəmə prosesində A.Çovdarovun müdafiəsinə yeni vəkilin qoşulduğu bildirilib. Onun yeni vəkili Şahin Rəfiyev məhkəməyə order təqdim edib. Məhkəmə kollegiyası bununla bağlı qərar qəbul etmək üçün növbəti iclasda müzakirə aparılacağını bildirib.

Məhkəmə prosesi noyabrın 17-də davam etdiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...