Təbii qaz ehtiyatlarımızın 3%-dən çoxu itkiyə gedir - Azərbaycanda

Təbii qaz ehtiyatlarımızın 3%-dən çoxu itkiyə gedir -


Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 15,9 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 87,8%-i hasilatın, 12,2%-i isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, təbii qaz ehtiyatlarının 42,9%-i ölkə daxilində istehlak edilib, 36,2%-i ixrac olunub, 3,3%-i itkilər təşkil edib, 17,6%-i isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 mlrd. 581 mln. kVt/saat elektrik və 129,2 min Q.kalori istilik enerjisindən, 95,1 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 13%, istilik enerjisindən 5,6% çox, təbii qazdan isə 0,1% az istifadə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...