Bakıda çiskin olacaq, güclü külək əsəcək
Bakı və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
960 dəfə oxundu