Şaxta Baba və Qar qız olmaq istəyənlərin nəzərinə...

Şaxta Baba və Qar qız olmaq istəyənlərin nəzərinə...


Yeni il günlərində Bakıda Şaxta Baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə icazənin verilməsinə dekabrın 15-dən başlanılacaq. Movqe.az-a bu sözləri Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Onun sözlərinə görə, artıq Şaxta Baba və Qar Qız olmaq üçün hələki müraciət daxil olmayıb. Amma Ə. Bağırov hazırda müraciətlərin qəbul olunduğunu söyləyib.

Departament rəsmisi əlavə edib ki, Şaxta Baba, Qar qız və fotoqraflara Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödənilir:

Ə.Bağırov bildirib ki, İnzibati Xətalar Məcəlləsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə xidmətlərin göstərilməsinə görə cərimənin tətbiqini nəzərdə tutur. Buna görə də Şaxta Baba, Qar Qız fəaliyyəti ilə qanunsuz məşğul olmaq istəyənlər 80 manat məbləğində cərimələnə bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1011 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...