Cavid Qurbanov: “Onu mənə də deyin, verək prokurorluğa, tutduraq”

Cavid Qurbanov: “Onu mənə də deyin, verək prokurorluğa, tutduraq”


Bakı Beynəlxalq Hava limanına çəkiləcək yeni dəmiryolu ilə bağlı detallar müəyyən olunub. Bunu Modern.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov söyləyib ki, hava limanına dəmir yolu çəkmək üçün investisiya lazımdır: “Hava limanına dəmiryolunun çəkilməsini ya investisiya hesabına emtəliyik, ya da biz pul qazanıb çəkməliyik. Bu, maliyyə vəziyyətinə görə hələ qalıb”. O bildirib ki, hava limanına çəkiləcək yeni dəmir yolu Bakının Binə qəsəbəsindəki dəmir yol hissəsindən götürüləcək:

“AZAL-la artıq ilkin razılaşdırmalar aparmışıq. Əslində hava limanına 2,5 kilometr yol çəkilməlidir. Bakıdan Binəyə qədər bizim dəmir yolumuz var. Binədəki dəmir yolundan hava limanına doğru bir xətt ayrılacaq. Bütün dünyada bu, qəbul olunan normadır. İnşallah gələcəkdə pul qazanarıq və daha yaxşı dəmir yolları çəkərik. Dəmir yollarını söküb satanları tanıyırsınızsa, onu mənə də deyin, verək prokurorluğa tutduraq”. Qurum rəsmisi dəmir yollarında tətbiq olunacaq ASAN Xidmət sistemindən də danışıb: “Dəmir yollarında ASAN Xidmət sistemi yaradılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...