Gürcüstanda 20 məscid müsəlman icmasının ixtiyarına verilib

Gürcüstanda 20 məscid müsəlman icmasının ixtiyarına verilib

Gürcüstanda 20 məscid müsəlman icmasının ixtiyarına verilib. “Novosti Qruzii” saytının verdiyi məlumata görə, müvafiq qərar Din məsələləri üzrə Dövlət Agentliyinin dini icmaların əmlak və maliyyə məsələlərini araşdıran komissiyasının iclasında qəbul olunub. Sözügedən məscidlərin əksəriyyəti ölkənin qərb hissəsində yerləşir. Toplantıda müsəlman icmasının qaldırdığı 24 məsələnin hamısı təmin olunub.

Qeyd olunub ki, hazırda Gürcüstanda 250-dən çox məscid fəaliyyət göstərir. Artıq 150 məscid müsəlman icmasının ixtiyarına verilib. Yerdə qalan məscidlərin müsəlmanların ixtiyarına verilməsi istiqamətində işlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...