Problemli kreditlərin həcmi 14% azalıb

Problemli kreditlərin həcmi 14% azalıb


Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabr ayının 1-nə 1 mlrd. 375,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 5,66% və ya 73,7 mln. manat çoxdur.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda problemli kreditlərin həcmi 221,7 mln. manat və ya 13,9% azalıb.

Hesabat dövründə milli valyutada 8 mlrd. 509,5 mln. manatlıq kredit verilib ki, bunun da 632,3 mln. manatının və ya 7,43%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 7 mlrd. 310,5 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 743,3 mln. manat və ya 10,2% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 45,9%, xarici valyutada isə bu göstərici 54,03% təşkil edir.

Onu da qeyd edək ki, oktyabrda vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 8,7% təşkil edir. Xatırladaq ki, sentyabrda bu göstərici 9,51% olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...