Zərdabda çörək niyə bahalaşdı?

Zərdabda çörək niyə bahalaşdı?


Ölkənin hər yerində çörəyin qiymətinin sabit saxlanılmasına baxmayaraq, bu gün Zərdab şəhərində yerli işbazlar qiyməti qaldırıblar.

Avropa.info xəbər verir ki, dünən Zərdab şəhərində 30 qəpiyə satılan çörək, bu gün 10 qəpik qaldırılaraq 40 qəpiyə satışa çıxarılıb. Rayon sakinlərinin bildirdiyinə görə, Zərdab şəhərində yerləşən 2 çörəkbişirmə sexində qiymətlərin qaldırılmasına baxmayaraq, çörəyin çəkisində artım yoxdur. Məlumata görə, Zərdab şəhərinin qonşuluğunda yerləşən Gəlmə kəndindəki çörəkbişirmə sexində isə qiymətlər qaldırılmayıb, çörək köhnə qiymətlə satılıb. Rayon sakinləri qiymət artımını yerli işbazların özfəaliyyəti olduğunu bildirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...