Nazir: "Neftin qiyməti 50-55 dollar ətrafında sabitləşəcək"

Nazir: "Neftin qiyməti 50-55 dollar ətrafında sabitləşəcək"


"Neftin qiyməti 50-55 dollar ətrafında sabitləşəcək". "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zənganə bildirib.

Onun sözlərinə görə, OPEC və qeyri-OPEC üzvlərinin neftin hasilatı ilə bağlı əldə etdiyi razılaşma bazarda reaksiya yaradacaq: "Baş verənlər onu göstərir ki, neftin qiyməti artacaq. Konkret rəqəm proqnozlaşdırmaq çətindir, amma mən deyərdim ki, neftin qiyməti 50-55 dollar səviyyəsində müəyyən olunacaq".

OPEC və qeyri-OPEC ölkələri ötən həftə 2001-ci ildən bu yana ilk dəfə olaraq neftin hasilatının azaldılması ilə bağlı razılaşma əldə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...