Azərbaycan prezidenti Qətər əmirini təbrik edib

Azərbaycan prezidenti Qətər əmirini təbrik edib


Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu yollayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir: "Qətər dövlətinin milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Qətər Dövlətinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...