Sabah hava nisbətən mülayimləşəcək

Sabah hava nisbətən mülayimləşəcək

Dekabrın 20-si üçün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 0-2° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...