Bu il 212 dərmanın Azərbaycana idxalına qadağa qoyulub

Bu il 212 dərmanın Azərbaycana idxalına qadağa qoyulub


“İl ərzində Səhiyyə Nazirliyinin Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə 27000-dən çox seriyada dərman vasitəsinin idxalı üçün müraciətlər olub. Onlardan 23000-dən çoxu ilə bağlı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkarlanmayıb, onların idxalına icazə verilib”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyli bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 4000-ə yaxın dərman vasitəsi ilə bağlı müəyyən uyğunsuzluqlar müəyyənləşib. Bunun qeydiyyat, içlik vərəqəsi və qablaşdırılma ilə əlaqədar olduğunu deyən P. Əzizbəyli vurğulayıb ki, 3000-dən çox dərman vasitəsinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb. O qeyd edib ki, bu il uyğunsuzluq olduğuna görə 212 dərman vasitəsinin Azərbaycana idxalına qadağa qoyulub, qalanları isə hazırda araşdırma mərhələsindədir.

Şöbə müdirinin müavini bildirib ki, dərman vasitələrinin qeydiyyat-ekspertiza şöbəsi tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na müvafiq olaraq dərman vasitələrinin ilkin və ixtisaslaşdırılmış ekspertizasının aparılması üçün müraciət edən şəxslərlə müqavilələr bağlanıb: “Şöbədə il ərzində 400-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb. Dərman vasitələrinin təlimatlarının təsdiqlənməsi prosedurunun sürətləndirilməsi üçün tərəfimizdən tərcümə xidmətinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. Təşəbbüsü Səhiyyə Nazirliyi müsbət qiymətləndirilib, tərcümə xidmətlərinə dair tariflər təsdiq olunub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...