Ölkədaxili qatarlarda yeni qiymət tətbiqi başladı

Ölkədaxili qatarlarda yeni qiymət tətbiqi başladı

Bu gündən etibarən ölkədaxili sərnişin və sürət qatarlarına biletlər yeni tariflərlə satılacaq.

Axar.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiq edilməsi bu gündən qüvvəyə minib. Belə ki, ölkədaxili səfər edən sərnişinlər bu gündən etibarən biletləri 20 faiz baha əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Dəmir Yoları QSC-dən Axar.az bildirilmişdi ki, ölkədaxili sərnişin və sürət qatarlarında gedişhaqlarının artırılması Azərbaycan Dəmir Yollarının daxili qərarıdır.

Qiymət artımı ancaq kupe və plaskartlarda aşağı oturacaqlara aiddir. Yuxarı yataqlara artım tətbiq edilməyəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...