Rostovda irimiqyaslı yanğın baş verib, əhali təxliyə olunur

Rostovda irimiqyaslı yanğın baş verib,
Rusiyanın Rostov şəhərində böyük yanğın baş verib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın 10-dan çox evi əhatə edib. Güclü külək alovu sürətlə başqa evlərə də keçirir. Artıq hadisə yerində bir neçə partlayış səsləri də eşidilib.

Hadisə yerinə yanğınsöndürmə xidməti və polis əməkdaşları cəlb olunub. Əhali təxliyə edilir. Alov artıq 5 min kvadrat metr əraziyə yayılıb.

Yanğının söndürülməsinə "Mi-8" helikopteri də cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...