Gəncədə yeni doğulan körpə ölüb

Gəncədə yeni doğulan körpə ölüb

Gəncədə doğuşdan sonra körpə ölümü baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Gəncədəki xəstəxanalardan birinin Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb.

Məlumata görə, bu, A. Babayevanın ilk övladı olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...