"Allahu Əkbər" zarafatına görə üzr istədi

"Allahu Əkbər" zarafatına görə üzr istədi

İtalyanın Venesiya və Florensiya şəhərlərinin bələdiyyə sədrləri "Allahu Əkbər" zarafatına görə üzr istəyiblər.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Venesiyanın bələdiyyə sədri Luici Bruqnaro katoliklərin tədbirində son dövrlərdəki terror hadisələrinə işarə edərək "Venesiyada San Marko meydanında Allahu Əkbər qışqıran olsa, vuracağıq" demiş, onun bu sözləri alqış və gülüşlə qarşılanmışdı. Eyni görüşdə Florensiyanın bələdiyyə sədri Dario Nardello Bruqnaroya zarafatca "Allahu Əkbər" deyərək salam vermişdi.

Hadisədən son bələdiyyə sədrlərinin bu zarafatı bir çox insan tərəfindən narazılıqla qarşılandı və terror qurbanlarına hörmətsizlik, müsəlmanlara təhqir kimi qiymətləndirildi.

Sadə vətəndaşlar və bəzi siyasətçilərin tənqidinə tuş gələn bələdiyyə sədrləri üzr mətni yayımlayıb məqsədlərinin heç kimi incitmək olmadıqlarını qeyd ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...