Toydan qayıdan mikroavtobus qəzaya düşdü – Yaralılar var – VİDEO

Toydan qayıdan mikroavtobus qəzaya düşdü –

Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər. ARB TV xəbər verir ki, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 45 yaşlı Xumar Məhərrəmova, 54 yaşlı Nazilə Hüseynova və 52 yaşlı Zərifə Dövlətova xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...