"Yeni Həyat" Şirkətlər qrupundan etiraz - "Müflis olma haqda xəbərlər yalandır"

"Yeni Həyat" Şirkətlər qrupundan etiraz  -

Bir neçə gün öncə Azərbaycan yerli mediasında "Yeni Həyat" Şirkətlər qrupunun müflis elan edilməsi barədə xəbərlər yayıldı. Bu gün GUNDEMİNFO.AZ-ın redaksiyasına adıçəkilən informasıya ilə bağlı rəsmi açıqlama daxil olub. Həmin açıqlamanı qarşı tərəfin mövqeyi olaraq olduğu kimi dərc edirik:

- Hörmətli redaksiya, bir neçə gündür mətbuatda “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair “Yeni Hayat Şirkətlər Qrupu” MMC-nin rəsmi açıqlaması:

Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır. Bunlar Grand Hayat MTK – Bakı şəhəri Tbilisi prospekti 1034 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Hayat Palace MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Park Azure MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, Megafun AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi, komplekslərə xidmək göstərən Hayat Management MMC-dir.

Müflis elan edilməsi barədə xəbər yayılmış Yeni Həyat MMC Zərifə Əliyeva 55 (binanın görüntüsü əlavə olunur) ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır (fəaliyyətin dayandırılması haqqında haqqında arayış əlavə olunur) və binaya xidmətin göstərilməsi üçün Hayat Management MMC-yə təhvil verilmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...