Bakıda bacı öz böyrəyini kiçik qardaşına bağışladı

Bakıda bacı öz böyrəyini kiçik qardaşına bağışladı

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə unikal böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Cərrahın Modern.az-a bildiryinə görə, pasiyent uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkib: “Məlum olduğu kimi, hemodializ seansları heç də rahat və xəstəyə yan təsirsiz ötüşməyib. Ona görə də erkən yaşda böyrək transplantasiyası xroniki böyrək çatışmazlığı olan pasiyentlər üçün ən ideal müalicə üsulu hesab edilir. Bizim halda 30 yaşlı qadın-xəstənin bacısı 19 yaşlı qardaşının donoru oldu. Bu, doğma ruhların fədakarlıq nümunəsi idi. Komandamızın gərgin əməyi sayəsində əməliyyat uğurla keçdi. Pasiyent evə tamamilə yaxşı vəziyyətdə yola salındı”.

Xatırladaq ki, Rəşad Şolan urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...