AFFA UEFA-ya etiraz etdi

AFFA UEFA-ya etiraz etdi


AFFA futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində dünən keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşması ilə bağlı narazılığını irəli sürüb. Apasport.az federasiyanın saytına istinadən xəbər verir ki, buna səbəb görüş üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində millimizin oyunçusunun karikaturasının öz əksini tapmasıdı.

Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb. Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...