Mollalar da pensiya ala bilər, əgər...

Mollalar da pensiya ala bilər, əgər...


"İndiki dövrdə Azərbaycandakı mollaların fəaliyyətinin lisenziyalaşdırılması mühüm əhəmiyyət kəsb edir".

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev hesab edir ki, mollaların fəaliyyətinin lisenziyalaşdırılması bir sıra müsbət məqsədlərə xidmət edə bilər. Onun fikrincə, bu, həm mollaların gələcək pensiya təminatına şərait yaradacaq, həm də dinin təməllərinin sağlam əsaslar üzərində əhaliyə çatdırılmasına xidmət edəcək: “Mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, gələcək pensiyalarını təmin etməlidirlər. Mollaların lisenziyalaşdırılması, eyni zamanda xaricdən yönəldilən müəyyən mənfi təsirlərin, dini radikalizmin yayılmasının qarşısını alacaq”.

O, əlavə edib ki, artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə lazımi addmlar atır. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi ötən ildən din xadimləri üçün təkmilləşdirmə kurslarının keçirilməsinə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...