Brent neftinin qiyməti 2016-cı ildə 60 dollardan aşağı olacaq - SORĞU

Brent neftinin qiyməti 2016-cı ildə 60 dollardan aşağı olacaq -


2016-cı ilin böyük hissəsi neftin 1 barrelinin qiyməti 60 dollardan aşağı olacaq. "APA-Economics"in xəbərinə görə, bu barədə 11 investisiya bankı arasında sorğu keçirən "The Wall Street Journal" nəşri yazır. İnvestisiya bankları hesab edir ki, 2016-cı il ərzində Brent markalı neftin 1 barrelinin orta dəyəri 57 dollar olacaq. Bu, 2015-ci il üzrə proqnozdan 1 dollar çoxdur.

Gələn il ərzində WTI neftinin 1 barrelinin orta qiymətinin 53 dollar olacağı gözlənilir. 2017-ci il üzrə isə proqnozlar belədir: WTI - 64 dollar, Brent - 67 dollar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1031 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...