Bakıda qızı ilə birgə yoxa çıxan anadan ŞOK MƏKTUB: “Gizlənmişəm, məni xilas edin”

Bakıda qızı ilə birgə yoxa çıxan anadan ŞOK MƏKTUB:
Bakıda azyaşlı övladı ilə birlikdə itkin düşməsi barədə haqqında xəbər yayılan ana Lent.az-a məktub ünvanlayıb.

O, məktubunda itkin düşmədiklərini, ərinin təhdidlərindən qorxaraq gizləndiklərini dilə gətirib:

“Mən Qarayeva Gülnur Yolçu qızı yazaraq sizə bildirmək istəyirəm ki, mən itkin düşməmişəm və məni heç kim oğurlamayıb. Mən də uşağım da sağam. Heç bir yerə yoxa çıxmamışam. Sadəcə olaraq yoldaşım Osmanov Asif Akif oğlu məni ölümlə hədələdiyinə və qarabaqara izlədiyinə görə məcbur qalıb gizlənmişəm. Mən yaşamaq istəyirəm. Bu gənc yaşımda faciəvi qətlin qurbanına çevrilmək istəmirəm. Qorxumdan artıq 3 ev dəyişmişəm. Aidiyyəti qurumların nəzərinə çatdırıram ki, həmin şəxslə bağlı vaxtında tədbir görülməsə qadın qətllərinə daha bir qətl əlavə olunacaqdır. Ona görə də həmin şəxs dərhal istintaqa cəlb olunaraq tutulmalıdır. Xahiş edirəm mənim səsimi cəmiyyətə çatdırın və saytınızda paylaşın. Bir ananı ölümdən xilas edin!”.

“Mən polisə də rəsmi teleqram göndərmişəm. Yasamal Rayon Polis İdarəsinin faktla bağlı araşdırma aparması məsələsinə isə münasibətim belədir ki, məni əbəs yerə axtarmasınlar. Mən oğurlanmamışam. Məni axtarmaq əvəzinə yoldaşımı zərərsizləşdirsinlər. Həmçinin, mən artıq boşanma proseduruna başlamışam. Ən qısa müddətdə rəsmi olaraq boşanıb həmin şəxsdən canımı qurtaracağam. Nəzərə almağınızı və mənə köməklik göstərilməsini xahiş edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...