Suqovuşanda mina təhlükəsi olan ərazidə yanğın olub - VİDEO

Suqovuşanda mina təhlükəsi olan ərazidə yanğın olub -
Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.

Yanğın Nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində quru ot və kol-kos sahəsi yanıb.

Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...