Azərbaycanda 214 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda 214 nəfər koronavirusa yoluxub,
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 401 aktiv xəstə var. Bu günə qədər 9 902 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 728, bu günə qədər isə ümumilikdə 7 231 342 test icra olunub.


Azərbaycanda 214 nəfər koronavirusa yoluxub,



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...